2018-08-27 15:07:45   |   373 dəfə oxunub

Anarın anasının səhhəti pisləşdi: "Qoymurlar balamın qəbrini ziyarət edəm"

Mərhum reper Anar Nağılbazın anası Şərqiyyə Cəbiyevanın səhhəti pisləşib. O, buna görə oğlunun məzarını da ziyarət edə bilmir.

Sherg.az yenicag.az-a istinadən xəbər verir ki, bununla bağlı danışan Şərqiyyə xanım göz yaşlarını saxlaya bilməyib:

"Ölürəm, balamsız yaşaya bilmirəm. Məni dava-dərmanla saxlayırlar, yoxsa günü bu gün balamın yanına getməyə hazıram. Məzarını da görməmişəm. Qoymurlar gedəm balamın qəbrini ziyarət edəm.

Qorxurlar ki, elə məzarının başında canımı tapşıraram. Hər gün evdə Anarımın səsyazısını dinləyib, şəkillərinə baxıb, gözümün yaşını tökürəm. Balam ürəyimə dağ çəkdi. Onsuz çətin yaşaya biləcəm”.






SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24