2018-08-29 17:30:42   |   203 dəfə oxunub

Pediatrdan çağırış: “Dərs ilinin əvvəlində uşaqlar “check-up” müayinədən keçməlidirlər”


"Uşaqların məktəbə hazırlığı sadəcə geyim və kitab-dəftər almaqla bitmir, məktəb öncəsi check-up mütləqdir”. Sherg.az bildirir ki, bu sözləri pediatr Günay Rəsulova deyib. Onun sözlərinə görə, körpə vaxtı aylıq müayinələrdən keçmiş və peyvəndlərini almış uşaqların məktəbə getməzdən əvvəl sağlıq müayinəsindən keçməsi onların həm dərs ili boyunca fiziki sağlam olmaları,həm də dərslərini yaxşı qavramaları baxımından çox önəmlidir:


"İlk növbədə uşağın əksik peyvəndləri tamamlanmalı, görmə müayinəsi, eşitmə müayinəsi, stomotoloq baxışı, Pediatr baxışı, fiziki inkişaf dəyərləndirilməsi, son 1 ildə olunmamışsa qan ümumi analizi, qanda dəmir, sidik ümumi analiz, nəcisin qurdlara görə müayinəsi, əlavə olaraq uşağın hər hansı sağlıq probleminə uyğun kontroldan keçməsi vacibdir”.

Pediatr hesab edir ki, valideyn məktəbə gedən uşağın sağlıqlı qidalanmasına xüsusi fikir verməlidir: "Səhər yeməyi mütləqdir! Səhər yemək yeməyən uşaqlar dərsi qavramaqda çətinlik çəkirlər. Bundan başqa məktəblinin bol meyvə-tərəvəz, balıq, süd kimi qidalar qəbul etməsinə çalışmalı, fast foodlardan uzaq tutulmalıdırlar. Yuxu və sağlam gün rejimini qurmaq məktəblinin dərslərini daha yaxşı qavraması üçün çox önəmlidir. Məktəbə gedən uşağa şəxsi gigiyena qaydalarını mütləq öyrətməli, tualet gigiyenası və düzgün əl yumaq vərdişini mütləq başa salmalısız”.

Şəymən







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25