2018-08-29 18:49:10   |   378 dəfə oxunub

"Ayağın yer aldı deyəsən..." - Flora Kərimova Röyanı məhkəməyə verdi


Xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxanın qalmaqalı məhkəməyə qədər gedib çatıb. Sherg.az axşam.az-a istinadən bildirir ki, F.Kərimova qarşı tərəfi məhkəmə ilə hədələyib.

Müğənni Röyanın onun ünvanına dediyi sözləri bağışladığını, amma onun bunu başa düşmədiyini bildirib:

"Mən demişəm, yenə təkrar edirəm: məhkəmədən tutmuş, mənə yönləndirilən güvəndiklərinə qədər hər bir qərəzli sözün sahibinin boynuna biçiləcək cavabım var. Bu 78 ili "sizlər" kimi necə gəldi yaşamadım ki, öz beyninizə görə mənə söz deməyə həm diliniz ola, həm dilçəyiniz olsun.

Səni analığına bağışladım, layiq olduğun-olmadığın xoş sözlərlə başa salmağa çalışdım. Görürəm ayağın yer aldı. Açıq məhkəmədə görüşənədək".

Qeyd edək ki, F.Kərimova ilə Röya arasında uzun müddətdir qalmaqal gedir. Kərimova müğənni ilə bağlı köşə yazısı yazmışdı. Qarşı tərəf də ona sərt sözlərlə cavab verib. Sonuncu dəfə isə Röya Kərimovanın qızına müraciət edərək "Zümrüd, xahiş edirəm bu sənətkara diqqət ayırın. Ayıbdır artıq. Hüseynə de ki, sağım-solum bəlli deyil. Səbrimi doldurdu" sözlərini deyib.






SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18