2018-08-30 12:47:24   |   279 dəfə oxunub

Ana ilə qızını öldürən saxlanıldı - "Cıkma” ləqəbli şəxs qətli qisas məqsədilə törədib

Cəlilabad rayonu, Qarazəncir kəndində ana və qızı qətlə yetirilib.

Sherg.az qafqazinfo-ya istinadən xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən kənd sakini, ailənin qonşusu "Cıkma” ləqəbi ilə tanınan Yaşar Bayramov saxlanılıb. 

"Cıkma” uzun illər əvvəl mərhumun oğlu Qiyası bıçaqlayaraq yaralayıb. Qiyasın şikayəti ilə həbs edilərək azadlıqdan məhrum edilib. "Cıkma” isə həbsdən çıxdıqdan sonra Qıyası öldürəcəyini bildirib. Lakin onun azadlığa çıxdığı gün Qiyas xəstəlikdən vəfat edib.

İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb. 86 yaşlı Firuzə Əskərovanın başını kəsərək tövləyə aparıb.

Y. Bayramov Bakıda daş karxanasında işləyirmiş, iki gün əvvəl kəndə qayıdıb. Dünən isə mərhum Firuzə Əskərova ilə mübahisəsi yaranıb.






SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23