2018-08-30 15:31:50   |   535 dəfə oxunub

İosif Kobzon vəfat etdi - Xəstə idi

SSRİ xalq artisti İosif Kobzon 81 yaşında vəfat edib.

Məşhur müğənni iyulda xəstəxanaya yerləşdirilib, avqustun 7-də isə evə buraxılıb.

İ.Kobzon 2004-cü ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, İosif Davıdoviç Kobzon Rusiya ilə Azərbaycan arasında musiqi mədəniyyəti sahəsində əməkdaşlığın genişləndirilməsində səmərəli fəaliyyətinə görə 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Dostluq" ordeni ilə, 2017-ci ildə isə Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdi.






SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20