2018-08-31 17:42:40   |   294 dəfə oxunub

“Yol kənarlarındakı qanunsuz tikililər icra qurumları ilə sövdələşmə nəticəsində tikilib" - EKSPERT

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) yol kənarlarında qeyri-qanuni, vətəndaşların hərəkətinə çətinlik yaradan obyektlərin söküntüsünə başlayıb.

BŞİH-də yaradılmış işçi qrup tərəfindən paytaxtın bütün rayonlarında qanunsuzluqların aşkarlanması məqsədilə reydlər keçirilib, qeyri-qanuni tikili və obyektlər müəyyənləşdirilib. Söküntü işləri artıq paytaxtın Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında aparılır.

Konstitutsiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev yol kənarında olan qanunsuz tikililərin söküntüsünün təqdirə layiq hal kimi dəyərləndirib. Hüquq müdafiəçisinin sözlərinə görə, həmin tikililər vətəndaşların, ictimai nəqliyyatın sərbəst hərəkətinə mane olurdu

"Hesab edirəm ki, burada diqqət yetirilməli olan məsələ həmin tikililərin necə tikilməsi ilə bağlıdır. Təbii ki, həmin obyektləri tikən şəxslər müvafiq icra hakimiyyəti orqanlarının razılığı əsasında bu addımı atıb. Bu sahədə səliqə- səhman yaradılması fonunda BŞİH-in bu təşəbbüsü diqqətəlayiqdir. Ancaq bir şərtlə ki, araşdırma ciddi aparılsın və yalnız qanunsuz tikililərin söküntüsü aparılsın”.

Ə. Nuriyevin fikrincə BŞİH bu işləri mütəmadi olaraq aparmalıdır. Bəzən olur ki, hansısa qurum öz fəaliyyətini göstərmək üçün bu cür layihələr həyata keçirir. Güman edirəm ki, söküntü işlərinin həyata keçirilməsi uzun müddətli olacaq ə bu problemin qarşısı alınacaq

"Yol kənarındakı qanunsuz tikililər müvafiq icra qurumları ilə sövdələşmə nəticəsində tikildiyi üçün söküntüdən sonra obyekt sahiblərinə kompensasiya verilməlidir”.

Şəymən






SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18