2018-08-31 17:58:17   |   593 dəfə oxunub

Lütfi Zadənin qəbirüstü abidəsi qoyulub


Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi qoyulub. Oxu.Az-ın məlumatına görə, sentyabrın 6-da abidənin açılışı olacaq. Abidəni heykəltəraş, akademik, Xalq rəssamı Ömər Eldarov hazırlayıb.

Heykəlin hazırlanmasında bürüncdən, tuncdan və qranitdən istifadə edilib.

Lütfi Zadə ömrünün çoxunu ABŞ-da yaşayıb və elə orada da dünyasını dəyişib. Öz vəsiyyəti əsasında nəşi Azərbaycana gətirilib və öz doğma ölkəsində torpağa tapşırılıb.

Qeyd edək ki, dünya şöhrətli alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, 1-ci Fəxri Xiyabanda dəfn edilib.






SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20