2018-08-31 19:20:45   |   458 dəfə oxunub

Eldar Qasımov: "Kaş Azərbaycan müğənnilərini tanımayaydım"

"Eurovision 2011” yarışmasının qalibi Eldar Qasımov Həmid Həmidovun qonağı olub.

Oxu.Az xəbər verir ki, müğənni "Поговорим?” adlı "Youtube” layihəsində bildirib ki, azərbaycanlı müğənniləri tanımağına peşman olub.

"Şou-biznesimizdən qaçıram. Çünki ancaq qalmaqaldan ibarətdir. Bizim müğənnilərin yaradıcılığı ilə maraqlanmır, mahnılarını dinləmirəm.

Kaş heç Azərbaycan şou-biznesinin nümayəndələri ilə tanış olmazdım. Uşaq vaxtı hər zaman müğənniləri müzakirə edirdik, onlarla bağlı xoş fikirlərim var idi. Amma tanıdıqdan sonra məyus oldum”, - deyə Eldar bildirib.






SON XƏBƏRLƏR

2018-09-26