2018-09-01 11:16:45   |   202 dəfə oxunub

4 uşaq atası intihar etdi - Səbəbi heç kimə məlum deyil

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
Rayonun Çaylı kənd sakini, 1980-ci il təvəllüdlü Həmidov Mais Əlipənah oğlu özünü asaraq öldürüb.

Məsələ ilə bağlı Bakupost-a danışan mərhumun qardaşı Elşən Həmidov bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: "Rayonda beton kanalın yanındakı fermada çoban işləyirdi. Səhər gedib heyvanları açmağa, elə orada da özünü asıb”.

Onun sözlərinə görə Maisin səhhətində və dolanışığında heç bir problem olmayıb: "Problemsiz, sakit adam idi. Nəyə görə belə addım atıb, bilmirik. Hamımız şokdayıq”.

Mərhum ailəli imiş, 4 azyaşlı uşağı var.






SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25