2018-09-01 11:49:57   |   236 dəfə oxunub

Yevlaxda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb


Şəki Ağır Cinayətlər Məhkəməsində qadının şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyən şəxsin məhkəməsi başlayır.

"Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirləndirilən Əzizov Seymur Vidadi oğlunun məhkəmə prosesinə hakim Xəqani Səmədov sədrlik edəcək.

Bu ilin aprel ayında Yevlax şəhər sakini olan Məmmədova Təranə Ramiz qızı Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 12-də və 13-də Seymur adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 150 manat pulunu və qızıl boyunbağısını aldığını bildirib.
DİN-dən verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Seymur Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.






SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18