2018-09-02 11:39:06   |   225 dəfə oxunub

“Qalatasaray” derbidə darmadağın oldu


Futbol üzrə Türkiyə Superliqasının dördüncü turunun növbəti oyununda son çempion "Qalatasaray” turnir cədvəlinin 9-cu pilləsində yer alan "Trabzonspor”un qonağı olub.

Meydan sahiblərinin üstünlüyü şəraitində keçən matç "Trabzonspor” komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Fatih Terimin yetirmələri cari mövsümdə ardıcıl üç qələbədən sonra ilk məğlubiyyətin acısını yaşayıblar.

Qarşılaşmada baş hakim Fırat Aydınus futbolçulara üç sarı və bir qırmızı kart göstərib. "Cimbom”un oyunçusu Younes Belhanda 30-cu dəqiqədə meydandan qovulub.

Məğlubiyyətə baxmayaraq, hesabında 9 xal olan "Qalatasaray” Superliqada liderliyini qoruyub. "Trabzonspor” isə 7 xalla beşinci sıraya yüksəlib.






SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23