2018-09-02 12:54:57   |   197 dəfə oxunub

Avtobus sürücüsü sükan arxasında yatdı - Təhlükə


Azərbaycanda sükan arxasında yuxulayan sürücü ölümdən döndü.

Sherg.az unikal.org-a istindən xəbər verir ki, hadisə Bakıda baş verib. Belə ki, 39 saylı marşrut xətti üzrə hərəkət edən sürücülərdən biri səhər saatlarında içi sərnişinlə dolu avtobusun sükanı arxasında yuxulamağa başlayıb və anidən yuxu onu aparıb. 

Sürücü də bu hal avtobusun hərəkəti zamanı dəfələrlə təkrarlanıb və o, vaxtında sükanın hərəkətini tənzimləyə bilib.
Hadisə şahidləri bildiriblər ki, bu hal demək olar ki, hər gün səhər saatlarında təkrarlanır.

Belə olduğu təqdirdə sürücü özünüvə avtobusda olanların həyatını da təhlükəyə atır. Çünki sükan arxasında yuxulayan sürücüyə elə gəlir ki, gözləri açıqdır və hər şeyi idarə edə bilir. Lakin gözlər açıq olsa da, beyin yatır və hadisələrə reaksiya getdikcə azalır. Saniyənin yarısından da az bir zaman kifayət edir ki, ağır qəza baş versin.






SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20