2018-09-02 16:44:11   |   353 dəfə oxunub

Salyanda qətl - Gənc oğlanı güllələdilər - FOTO

Ötən gün Salyan rayonunda qətl hadisəsi baş verib.

Sherg.az xəbər verir ki, virtualaz.org-un məlumatına görə, rayonun Seyidsadıqlı kənd sakini, 29 yaşlı Elgün Alik oğlu Səmədzadə həmkəndlisi, 28 yaşlı Rüfət Rüstəm oğlu Bağırovu öz yaşadığı həyətin arxasına çağıraraq, ov tüfəngindən atəş açaraq ağır yaralayıb.

Rüfət Bağırov Salyan Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Hadisə yerində hüquq-müfaizə orqanlarının əməkdaşları işləyir. Hələlik hadisənin nə səbəbdən baş verdiyi məlum deyil.







SON XƏBƏRLƏR

2018-11-15