2018-09-02 17:02:08   |   206 dəfə oxunub

Tehranda yaşayış evində partlayış baş verib: 1 nəfər ölüb, 4 yaralı var


İranın paytaxtə Tehranda yaşayış evində partlayış baş verib.

Trend-in İran KİV-lərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 1 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, qaz sızması nəticəsində baş verən partlayış evi tam dağıdıb və yaxınlıqdakı evlərə zərər vurub.

Hazırda hadisə yerində dağıntılar altında insanların qalması ehtimalı olduğuna görə xilasetmə işləri davam etdirilir.






SON XƏBƏRLƏR

2018-11-21