2018-09-02 17:32:07   |   263 dəfə oxunub

Türkiyə gömrüyündə çemodanda qadın tapıldı

Türkiyə sərhədçiləri Gürcüstanla sərhəddəki nəzarət-buraxılış məntəqəsində çemodanında qadın aşkarlanan kişini saxlayıb.

Oxu.Az Gürcüstan KİV-inə istinadla xəbər verir ki, gömrük əməkdaşlarının diqqətini pasport yoxlamasından keçən 24 yaşlı Gürcüstan vətəndaşının böyük ölçüdə olan çemodanı cəlb edib.

Çemodanı açdıqda isə sərhədi qeyri-qanuni keçməyə çalışan qadın aşkarlanıb.

Məlum olub ki, 27 yaşlı Özbəkistan vətəndaşı olan qadına Türkiyəyə daxil olmağa qadağa qoyulub. Bu səbəbdən də o, sərhədi çemodanda keçmək qərarına gəlib.

Hər iki şəxs saxlanılıb, barələrində cinayət işi qaldırılıb.






SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18