2018-09-02 18:11:55   |   220 dəfə oxunub

Yevlaxda maşın aşıb - Ata və qızı xəsarət alıb


Mingəçevir - Xaldan yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində zəncirvari yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza zamanı "Oka" markalı avtomobil mikroavtobusla, ardınca isə "VAZ-2109" markalı avtomobil ilə toqquşub və yoldan çıxaraq aşıb.

Nəticədə "Oka"nın 1962-ci il təvəllüdlü sürücüsü Orucov Əmir Duman oğlu və onun 2002-ci il təvəllüdlü qızı Orucova Zəhra müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.






SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25