2018-09-03 19:17:58   |   171 dəfə oxunub

Azərbaycan Prezidenti San-Marinonun rəhbərliyini təbrik edib




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Stefano Palmieriyə və Matteo Çiaççiyə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Zati-aliləri,

San-Marinonun milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".






SON XƏBƏRLƏR

2018-09-24