2018-09-04 13:23:39   |   249 dəfə oxunub

Xaricilərin Azərbaycan banklarındakı əmanətləri azalmaqda davam edir


Bu ilin iyul ayı ərzində qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi 15,5 mln. manat və ya 2,1% azalaraq avqustun 1-nə 714,8 mln. manat təşkil edib.

"Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Azalma əsasən xarici valyutada yerləşdirilən əmanətlərdə qeydə alınıb. Qeyri-rezindetlərin iyul ayı ərzində manatla əmanətləri isə əksinə artıb. Hesabata əsasən, illik müqayisədə isə əmanətlərin həcmində 91,8 mln. manat və ya 11,4% azalma qeydə alınıb. Avqustun 1-nə əsasən, qeyri-rezidentlərin banklardakı əmanətlərinin 633,1 mln. manat və ya 88,6%-i xarici, 81,7 mln. manat və ya 11,4%-i milli valyutada yerləşdirilib.

Bildirək ki, 2018-ci il iyun ayının sonuna əsasən, fiziki şəxslərin banklardakı cəmi əmanətləri 8 049,5 mln. manat təşkil edib ki, Bunun da 7 334,7 mln. manatı rezident, 714,8 mln. manatı qeyri-rezidnetlərin əmanətləridir.






SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20