2018-09-04 17:34:55   |   251 dəfə oxunub

"...Neftin qiyməti ucuzlaşa bilər" - Bədbin proqnoz




Yaxın vaxtlarda neftin qiymətində yenidən azalmalar müşahidə olunacaq”

Bu sözləri "Sherg.az”a Azərbaycan neftinin qiymətinin 80 dollara yaxınlaşması haqqında danışarkən iqtisadçı-ekspert Azər Mehdiyev söyləyib.

Onun qənaətincə, neftin bu qiyməti bir müddət davam edəcək:

"Neftin qiymətinin indiki həddi gözlənilən idi. Çünki dünyada baş verən bir sıra siyasi olaylar qara qızılın bazarına kifayət qədər təsir göstərdi. ABŞ-ın İrana qarşı sanksiyaları tətbiq etməsi, İranın dünya bazarına çıxardığı neftin azalması qiymətlərə təsirsiz ötüşə bilməzdi. Həmçinin ABŞ-ın Rusiya təzyiqləri və şimal qonşumuzun neftinin dünya bazarlarında azalması ehtimalı da neftin qiymətini artırdı. Bunlardan əlavə digər siyasi hadisələr bu tendensiyanı sürətləndirsə də, əsasən neftin qiymətinə bu olaylar təsir göstərdi. Hazırda ABŞ dünya bazarlarına çıxartdığı neftin həcmini artırır. Amma ABŞ-ın bu addımı qiymətlərin enməsinə ciddi təsir göstərə bilmir. Çünki hazırda dünya bazarında neftə tələbat çoxdur. Lakin yaxın vaxtlarda neftin qiymətində müəyyən ucuzlaşamalar olacaq. Azalmaların hansı dinamikalarda olacağını dəqiq deyə bilmərəm. Onu yalnız gələcək proseslər göstərəcək”.

Neftin bahalaşmasının iqtisadiyyatımıza göstərəcəyi təsirlərə gəlincə, A.Mehdiyev onu da əlavə edib ki, neftin qiymətinin artması iqtisadiyatı qara qızıla əsaslanan ölkələrə müsbət impuls verir:

"Azərbaycan iqtisadiyyatının əsasını neftin ixracından gələn vəsaitlər təşkil edir. Son vaxtlarda dünya ölkələri arasında gedən siyasi mübahisələr neftin qiymətini kəskin şəkildə artırdı. Beləliklə də qara qızılın qiyməti nəzərdə tutulan məbləğdən artıq oldu. Uzun müddətdir ki, ölkəyə neft ixracından artıq vəsaitlər daxil olur. Həmin vəsait isə birbaşa ölkə xərcləmələrini artırır. Neftin qiymətini qalxması bu səhənin və digər sahələrin dinamik inkişafını şərtləndirən əsas amillərdən biridir”.

Qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,35 dollar və yaxud 0,44% artıb. "Azeri LT CIF" markalı neftin qiyməti 79,73 dollar/barelə bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Kənan Eynuroğlu



















SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18