2018-09-05 11:47:49   |   341 dəfə oxunub

Ermənistanda əsgər və zabitlərin intihar halları artıb

Bu ölkədə kriminal vəziyyət pik həddinə çatıb



Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki hərbi birləşməsinin əsgəri Vanik Gevorqyan intihar edib. Bir neçə gün əvvəl Ermənistan ordusunun baş leytenantı Karen Avanesyan da özünü öldürmüşdü. Ondan bir həftə öncə isə erməni çavuşun həyatına qəsd etməsi ilə bağlı xəbərlər yayılmışdı. Məlumdur ki, düşmən ölkədə ictimai-siyasi vəziyyət çox ağırlaşıb. Ermənistanda demək olar ki, hər sahədə özbaşınalıq, korrupsiya, irimiqyaslı sosial-iqtisadi problemlər hökm sürür. Adıçəkilən problemlərin səbəbini Ermənistan vətəndaşları köhnə və yeni hakimiyyətdə görürlər. 

Yüksək rütbəli siyasi və hərbi xadimlərin qudurğanlığına dözməyən, aşağılanmaqdan bezən əsgər və zabitlər isə çıxış yolunu intihar etməkdə görürlər. Lakin ən ciddi məqam odur ki, artıq heç bir erməni işğal olunmuş Azərbaycan ərazilərində, daha doğrusu, özgə torpaqlarında həyatlarını itirmək istəmirlər. Erməni anaları da etiraz aksiyası keçirir, bilmək istəyirlər ki, nəyə görə onların oğulları yad torpaqlarda boş-boşuna həlak olmalıdırlar?! 

Ermənistandakı harınlamış məmurlar isə erməni anaların problemlərinə biganə yanaşır, onlara qulaq asmaq belə istəmirlər. Hakim rəhbərliyə narazılıq bildirəndə isə qəddar davranışa məruz qalırlar.

Ermənistan ordusundakı intiharları "Şərq ”ə dəyərləndirən millət vəkili Elman Məmmədov vurğulayıb ki, düşmənin silahlı qüvvələrində uzun illərdir cinayətkarlıq, özbaşınalıq və dedavşina baş alıb gedir. Son illərdə isə bu vəziyyət daha da kəskinləşib:

 "Səbəbi odur ki, Ermənistanda hazırda hakimiyyətdə olan Nikol Paşinyanla keçmiş hakimiyyət üzvləri arasında qarşıdurma şiddətlənib. Siyasilər arasındakı çəkişmələr təbii olaraq hərbiçilərə, orduya da sirayət edir. Ermənistan ordusunda "qarabağlı”, "ermənistanlı” məsələsi hökm sürür. Sarkisyan-Koçaryan dəstəsini müdafiə edənlər Paşinyana açıq düşmənçilik edirlər. Burada söhbət təkcə siyasilərdən yox, əsgər və zabit heyətindən də gedir. 

Erməni əsgərlərinin intihar etməsinin bir səbəbi budur. Lakin əsas səbəbi düşmən ordusundakı kriminal vəziyyətin pik həddə çatması, korrupsiyanın genişlənməsidir. Bununla yanaşı, erməni ordusunda ciddi ərzaq qıtlığı, hərbi geyim çatışmazlığı və cürbəcür xəstəliklər də geniş yayılıb. Bunların hamısı ölüm və intihar hallarının artmasına səbəb olur. 

Şübhə yoxdur ki, əsgərlərin özünə qəsd etməsi bundan sonra daha da artacaq. Əlbəttə, yaxşı olar ki, erməni əsgərləri Milli Ordumuz tərəfindən məhv edilsin, hamısının kökü birdəfəlik kəsilsin. Ancaq indiki halda ermənilər özləri bir-birini tələf edirlər”.

İsmayıl








SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20