2018-09-05 12:16:42   |   222 dəfə oxunub

Güzəştli mənzillərin satışı niyə dayandırıldı?


Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı dayandırılıb.

"Sherg.az"ın xəbərinə görə, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, mənzil seçimi prosesi hal-hazırda dayandırılıb. Bugün saat 15:00-dan etibarən aktivləşdiriləcək.

Modern.az mənzil satışının növbəti dəfə bağlanmasına səbəbini öyrənmək üçün MİDA-nın mətbuat xidmətinin rəhbəri Diana Dadaşova ilə əlaqə saxlayıb. D.Dadaşova saytımıza satışın saat 15:00-da bərpa olunacağını deyərək, səbəbləri açıqlamaq istəməyib.


Qeyd edək ki, ilk dəfə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən ilk dəfə may ayında Yasamal Yaşayış Kompleksində ilk sosial mənzillərin satışı təşkil edilsə də, sonradan prosedur dayandırılmış və nəticələr ləğv edilmişdi. Mənzillərin təkrar satışı bu gün saat 11-dən etibarən başlanılacaqdı.








SON XƏBƏRLƏR

2018-11-20