2018-09-05 16:23:47   |   394 dəfə oxunub

Pediatrdan tövsiyə: "Uşaqların saçını keçəl qırxdırın !" - Faydalıdır




"Uşaqların dərisinin nəfəs alması üçün saçların dibindən qırxılması yaxşı ənənədir”.

Bunu "Sherg.az”a körpələrin saçlarının dibindən qırxılmasının faydasıdan danışarkən pediatr Vaqif Qarayev söyləyib. 

O vurğulayıb ki, qış aylarında uşaqları qalın geyindirərkən də dərinin nəfəs alması zərurətini unutmamaq lazımdır:

"Baş dərisinin rahat nəfəs alması, tərləmənin azalması, saçların sağlam inkişafı, diblərinin möhkəm olması üçün başı keçəl etmək olar. Son vaxtlar uşaqların saçında müxtəlif naxışlar, işarələr də yaradırlar. Bu, onların bərbərdən qorxmaması, saçlarını tez-tez kəsdirməyə həvəs göstərməsi üçün yaxşı nümunədir. Lakin bəzi hallarda başın kənarlarını təmizləyir, orta hissəni saxlayırlar. Estetik baxımdan yaxşı görünsə də, tərləməni azaltmaq, baş dərisinin nəfəs alması üçün faydalı deyil. Sağlamlığa ziyan verməyəcək şəkildə uşaqlarının saçının dibindən təmizlənməsini dəstəkləyirəm. Uzun, gur saç saxlamağın heç bir xeyri yoxdur.

Valideynlərdən mütəmadi şikayətlər eşidirik. Uşaqların gecə tərləməsindən, yay-qış soyuqdəymədən narahatlıq keçirirlər. Azyaşlıların soyuqlamasının səbəbi orqanizmin buna öyrəşməməsidir. İlin hər fəslində körpələri açıq havaya çıxarmaq lazımdır. 

Valideynlər isə qış aylarında uşaqları geyimlərlə bürüyüb, ağız-burnunu, başını möhkəm sarıyıb havaya çıxarırlar. Belə olduqda körpələrin təmiz hava qəbul etməsi, dərisinin nəfəs alması mümkün olmur. Qısa müddətlik belə olsa, azyaşlıları açıq havada normal geyimdə gəzdirmək olar”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17