2018-09-05 17:29:30   |   196 dəfə oxunub

Ruhani ABŞ-a gedir


İran prezidenti Həsən Ruhaninin sentyabr sonunda ABŞ-a səfər edəcəyi təsdiq olunub.

Modern.az İRNA agentliyinə istinadən xəbər verir ki, Ruhani BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu York şəhərinə gedir.

"Ruhani sentyabrın sonunda Nyu York şəhərinə gedəcək. Hazırda biz prezidentin səfər cədvəlinin üzərində işləyirik. Onun bir neçə dövlət başçısı ilə görüşəcəyi hesab edilir” – İran dövlət başçısının mətbuat katibi Mahmud Vazei bildirib.

O, həmçinin prezidentin sessiyada çıxış edəcəyini də qeyd edib.

Vazei Ruhanini kimin müşayiət edəcəyi ilə bağlı məlumat verməyib.

Xatırladaq ki, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Təhlükəsizlik Şurasında ABŞ nümayəndəliyinin üzərinə düşür.






SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18