2018-09-05 18:06:54   |   286 dəfə oxunub

Marqarinin kərə yağı adı ilə satılmasını necə önləmək olar ? - Ekspert QTA -ya yol göstərdi



Azərbaycanda marqarin yağının kərə yağı adı ilə satılmasının qarşısı alınacaq. Bunun üçün Azərbaycan Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası Qida Təhlükəsizliyi Agentliyi(QTA) ilə birgə işçi qrupu yaradır. İşçi qrupunun yaradılmasında məqsəd süd məhsulları bazarındakı problemlərin aradan qaldırılmasıdır. 

Assosiasiyanın İdarə Heyətinin sədri Samir Eyyubov bildirib ki, Agentliyin əməkdaşları ilə birlikdə süd məhsullarının üzərinə vurulan məlumatları araşdıracaqlar:"Həmin məlumatların məhsula tam uyğun olması ilə bağlı birgə fəaliyyət göstəriləcək".

Maraqlıdır, görəsən sözügedən təşkilatların bu addımı marqarin yağının kərə yağı adı ilə satılmasını tamamilə önləyə biləcəkmi ?

Sualımızı cavablandıran qida təhlükəsizliyi üzrə ekspert İsa Əliyev "Sherg.az”a bildirib ki, QTA bu məsələnin üzərin düşsə, yüz faiz problemi aradan qaldıra bilər:

"Bu məsələ sırf istehsalçılarla bağlı olan bir sahədir. Bildiyimiz kimi, Azərbaycanda belə məhsulları istehsal edənlər kiçik sexlərdir. Böyük firmalara nəzarət etmək asandır, lakin kiçik sexlərə yox. Amma QTA bu problemlə ciddi olaraq məşğul olarsa, sonda müsbət nəticə əldə edə bilərik. Bunun üçün ilk növbədə Azərbaycanda laboratoriya yaradılmalıdır. Təəssüflər olsun ki, ölkəmizdə müasir standartlara cavab verən, malların tərkibini dəqiqliklə öryənən laboratoriya yoxdur. Ümid edirəm ki, QTA bunu həll edəcək. Ölkəmizdə məhsulların tərkibini tam dəqiqliklə analiz etmək üçün Türkiyə və Avropa ölkələrinə üz tuturlar. Çünki bəzi malların tərkibini yüksək səviyyəli aparatların köməkliyi ilə analiz edib, aşkarlayırlar. Bu mənada QTA yeni laboratoriya yaratmalıdır. Marketlərdən nümunələr götürərək problemin qarşısını ala bilərlər”.

Marqarin yağını kərə yağı adı ilə istehsal edənlərin cəzalandırılmasına gəlincə, İ.Əliyev onu da bəyan edib ki, bu cür xoşagəlməz hallara yol verən sexlər aşkar olunduqda dərhal bağlanır:

 "
"Avropa ölkələrində belə bir qanunsuzluqla məşğul olan firmaların ilkin cəzası müəyyən miqdarda pul cəriməsi olur. Əgər onlar yenə qeyri-qanuni istehsalla məşğul olarlarsa, cərimənin miqdarı artırılır. Buna da məhəl qoyulmadıqda həmin firmaları bağlayırlar. Məncə, ölkəmizdə də belə bir proses tətbiq olunacaq”.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-09-22
2018-09-21