2018-09-05 19:22:21   |   315 dəfə oxunub

"Aşura günündə şəhid məzarları və ailələrinə baş çəkilməlidir" - İlahiyyatçı



"Aşura günü bütün dünyada və Azərbaycanda Peyğəmbər ailəsinə hörmət naminə qeyd edilir”.

Bu barədə "Sherg.az”a ilahiyyatçı Atif İsmayılov bildirib. 

Onun sözlərinə görə, Aşura günü İmam Hüseynin qələbəsi bir neçə addımla qeyd edilə bilər:

"Əsasən maddi cəhətdən imkansız ailələrə yardım göstərilməli, qanvermə aksiyası təşkil edilərək, bu metodla qan çıxarılmalıdır. İnsanlar məscidlərin daxilində, dini ayinlərin icra olunduğu yerlərdə bu mərasimləri həyata keçirir. Daha savab olar ki, İmam Hüseyn adına süfrə açılsın, yoxsullar, imkansız insanlar yedizdirilsin.

Qanvermə aksiyasına qoşulan insanlar isə daha yaxşı olar, müəyyən xəstəxanalara daxil olub, ehtiyacı olanlara yerində qan versinlər. Aşura günündə şəhid məzarlarının ziyarət edilməsi, vətən uğrunda canından keçənlərin yad edilməsi vacibdir. Şəhidlərin ailələrinə də baş çəkilməlidir. Belə savab əməllər torpaq, vətən uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsi üçün müsbət addım, gənclər üçünsə, nümunədir”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-21