2018-09-06 14:46:03   |   245 dəfə oxunub

Azərbaycanda təhsil kreditləşməsi niyə ləngiyir ? - İZAH

"Hazırda bizdə azad iqtisadiyyat olmadığı üçün təhsilin kreditləşməsi prosesi də yoxdur"




"İmkansız tələbələrə təhsil kreditlərinin verilməsini təhsildə müsbət hal hesab edirəm”.

Bu barədə "Sherg.az”a təhsil eksperti Nabatəli Qulamoğlu bildirib.

Onun sözlərinə görə , dünyanın əksər inkişaf etmiş ölkələrində təhsil kreditləri geniş yayılıb:

" Bu kreditlər yalnız dövlət tərəfindən verilmir. Belə addımları daha çox iş adamları atır. Onlar məktəblərə və ya ali təhsil müəssisələrinə gedərək şagird və tələbələrlə tanış olur. 

Onların qabiliyyət və istedadı ilə maraqlanıb, fərqlənən uşaqlarla uzun müddətli müqavilə bağlayırlar. Beləliklə də onu bütün təhsil xərclərini ödəyir. Amma həmin tələbələr ali təhsillərini baş vurduqdan sonra sonra müəyyən vaxt onların şirkətlərində işləyirlər. 

Təəssüflər olsun ki, Azərbaycanda belə bir hal yoxdur. Hazırda bizdə azad iqtisadiyyat olmadığı üçün təhsilin kreditləşməsi prosesi də yoxdur. Hansı tələbənin kasıb və ya varlı olmasını müəyyənləşdirmək də çətindir. Buna rəğmən belə kreditlərinin verilməsini dəstəkləyirəm. 

Bunu təhsilin inkişafı üçün müsbət hal hesab edirəm. Və ümid edək ki, dövlət tərəfindən aşağı təminatlı tələbələrə təhsil kreditlərinin verilkməsində sui- istifadə halları olmayacaq”.

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsi tərəfindən hazırlanan yeni - "Təhsil kreditləri haqqında” qanun layihəsi ilk növbədə ehtiyacı olan tələbələrin minimum tələbatını – onun təhsil, kirayə, yataqxana haqqını, minimum kitab almaq üçün lazım olan xərcləri qarşılaya biləcək təhsil kreditlərinin verilməsi məsələsini əhatə edəcək. Bu krediti alan tələbələrin ali məktəbi bitirib mütəxəssis kimi işləməyə başladıqdan sonra müəyyən olunmuş faizlərlə həmin vəsaiti geri qaytarması nəzərdə tutulur.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-09-25