2018-09-06 22:38:25   |   134 dəfə oxunub

Gürcüstanda 69 dövlət məktəbindən 50-si internetlə təmin olunacaq



Gürcüstanda dövlətin bilavasitə maliyyələşdirdiyi 69 orta məktəbdən regionlarda yerləşən 50-si sürətli simsiz internetlə təmin olunacaq.

AZƏRTAC Gürcüstan hökumətinin dəftərxanasına istinadla xəbər verir ki, bu sözləri Baş nazir Mamuka Baxtadze hökumətin sentyabrın 6-da keçirilən iclasında söyləyib.

Baş nazir bildirib ki, simsiz internet və rəqəmsal texnologiyanın yayılması təhsillə bağlı yeni dövlət proqramının tərkib hissəsidir. Bu layihə Gürcüstanın bütün ərazilərini əhatə edəcək.

"Kabelsiz internetə sahib olmaq təhsilin keyfiyyətini yüksəltmək və yeni texnologiyaların tətbiqi baxımından müəllimlər və şagirdlər üçün çox vacibdir”, - deyə Baş nazir vurğulayıb.






SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24