2018-09-07 12:03:29   |   163 dəfə oxunub

Putin Azərbaycana gəlir



Rusiya prezidenti Vladimir Putin cari ilin sentyabr və oktyabr aylarında Azərbaycan, Tacikistan və Özbəkistana səfər etməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bunu "İzvestiya" qəzetinə Rusiya prezidentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, sentyabrın sonunda Vladimir Putin Azərbaycana səfər edəcək.

"Bundan başqa, 27-28 sentyabrda dövlət başçısı Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələri liderlərinin görüşündə iştirak edəcək. Oktyabr ayı üçün Vladimir Putinin Özbəkistana səfəri planlaşdırıb".

Uşakov bildirib ki, Rusiya ilin sonuna qədər Azərbaycan və İran prezidentlərinin iştirakı ilə üçtərəfli sammit qəbul edəcək: "Görüşü keçirmək üçün bizim növbəmizdir. Həmkarlarımızla onlar üçün nə vaxt rahat olduğunu müzakirə edəcəyik".






SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18