2018-09-07 13:29:39   |   199 dəfə oxunub

Sinəsi səngərdən alalı dağlar




"Siz, əziz qazaxlılar, burada həm torpaqlarınızı qoruyursunuz, həm Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız".

Heydər Əliyev

Odlar Diyarı Azərbaycan Respublikasının qədim Qazax mahalına üz tutan hər kəs ancaq xoş təəssüratla, böyük həvəs və qürur hissi ilə vətənimizin günü-gündən çiçəkləndiyinin şahidi olur. Möhtərəm Prezidentimiz, Cənab İlham Əliyevin Regionların iqtisadi inkişaf proqramına uyğun olaraq bütün bölgələrdə olduğu kimi Qazax rayonu da günü-gündən abadlaşır və gözəlləşir. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə dəyərli - ziyalı Rəcəb Babaşovun Qazax rayonu İcra Hakimiyyətinin başçısı təyin olunduğu gündən rayon və kəndlərdə abadlıq və yaşıllaşdırma, tikinti-təmir, yenidənqurma işləri böyük vüsət aldı, bu, sakinlərə böyük töhfə oldu. Çiçəklənən ölkəmizin bir parçası olan Qazax mahalının sakinləri üçün qurub-yaradan cənab Rəcəb Babaşova əhali arasında böyük hörmət yarandı. Bu hörməti öz saf vicdanı ilə qazandı.

Rayonun mərkəzində ucaldılmış Şəhidlər Xiyabanı sanki bir cənnət guşəsidir. Vətən yolunda, Vətən naminə, Vətən uğrunda canlarını fəda etmiş vətən oğulları əsrlər keçsə də, əbədi yaşayacaqdır.
Vətən uğrunda canlarını fəda edən Vətən övladlarının içərisində əsgər də var, zabit də, tankçı da var, topçu da, artilleriyaçı da var, təyyarəçi də və bununla yanaşı Şəhidlər Xiyabanı ilə üzbəüz "Şəhidlərin qız qardaşı "- Vəfa bulağı yanan ürəklərə bir sərinlik gətirir. Darda qalan Qarabağ harayına yollanan hər bir Vətən övladının könlünə hopan "Şəhidlər ölməz, Vətən bölünməz", "Qisas qiyamətə qalmaz", "Ya Qarabağ, ya ölüm, başqa yol yox artıq" hər bir vətənpərvər insanın Vətən sevgisilə dolu şüarıdır.
Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin belə bir kəlamı var:-"Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Qarabağdan".-Bu söz, bu kəlam Azərbaycan xalqının ürəyincə oldu. Elə Aprel döyüşlərində olduğu kimi, döyüşlər zamanı Azərbaycan Ordusunun uğurlarından fərəhlənən xalqımız, mülki şəxslər də döyüş bölgəsinə gedirdilər. Mənfur ermənilər isə hərbiçi və mülki şəxslərilə Azərbaycan Ordusunun qarşısında tab gətirməyib qaçırdılar.

El arasında belə bir məsəl var: "İlan ulduz görməsə ölməz, Qafqazda ən güclü ordu olan Azərbaycan ordusu, mənfur düşmənləri məhv etməyə tam qadirdir. Zəfər günü, şanlı qələbə çox da uzaqda deyil.
Şəhidlərin ruhuna and içən qəhrəman Azərbaycan ordusu tezliklə Qarabağı azad edəcək.
Qazax mahalında sinəsi səngərə dönən dağların qoynunda mənfur düşmənlərlə gecə-gündüz üzbəüz dayanan Vətən əsgərlərilə xalq arasında böyük bir dostluq körpüsü var. Bu dostluğun təməlini qoyan və hər kəsə örnək olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əsgərlərimizə bütün bayramlarda sovqat yollayır". Səngərə məktub, "ənənəsi olaraq orta məktəb şagirdləri Vətən əsgərlərinin bütün bayramlarını xoş sözlərlə təbrik edir və onlardan şanlı qələbə, zəfər dolu günlər gözləyirlər. Var olsun xalqımız, var olsun ordumuz.

Qazax rayon icra başçısının belə bir amalı var, Vətən əsgərlərinə, Vətən zabitlərinə, dövlətimizin diqqət-qayğısını göstərmək, zabit səngərdə, xidmətdə olarkən, evindən ailəsindən nigaran qalmamalıdır. Hərbi şəhərcikdə zabit ailələrinin yaşadıqları binaların əsaslı təmiri, həyətlərində uşaqların istirahət etməsi üçün salınmış parklarda gül-çiçək ətri ruhumuzu təzələdi, zabit ailələri ilə söhbət etdik, Qarabağ döyüşlərində yaralanan Qazilərin ailə üzvlərinin, övladlarının, rayon rəhbərliyi tərəfindən diqqət göstərildiyini söylədilər.

Abadlaşan binaların sakinlərilə görüşdüyümüz vaxt ağbirçək bir ana Tərlalə xanım, söylədi ki, biz hamımız Dövlətimizdən, Dövlət başçımızdan, İcra Başçımızdan və İcra Hakimiyyətinin müavinlərindən də, razıyıq. Bir qadın olaraq, Gülayə xanım Həsənovanı da çox sevirik, savadlı, səmimi, işini sevən, sakinlərin hər zaman köməyinə yetən Gülayə xanım da öz xeyirxahlığı ilə elimizin-obamızın fəxridir. Tərlalə nənənin xoş sözlərindən ürəyim dağa döndü.
Qazax Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri Adil Vəliyevin haqqında harada olduqsa yalnız xoş sözlər eşitdim. Öz işinə olan cavabdehliyini onun vətənpərvərliyi, nizam-intizamı, dövlətinə və vətəninə olan sevgisi ilə izah etmək olar.

Daşsalahlı kəndində açılan uşaq bağçasının analoqu yoxdur. Bənzərsiz gözəlliyi ilə körpələrin himayəsinə verilən bu körpələr evi uşaq bağçasının ərsəyə gəlməsində hörmətli Rəcəb Babaşovun böyük əməyi var. Rayonun özündə tikintisi başa çatmış və hazırda təmir işləri başa çatmaqda olan uşaq bağçaları körpələr evinin sayı günü-gündən çoxalır. Qərb Qapısı Qazax mahalının İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun amalı yalnız Vətənin vətəndaşlarına xidmət etmək, gənc nəsli vətənpərvər böyütməkdir.

Öz Vətənininə, Prezidentinə, xalqına ləyaqətlə xidmət edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdan qazaxlılar razıdır.

Bu qədər nəhəng işləri görən Qazax Rayon İcra Hakimiyyətinin başçısı turizm sahəsində də böyük işlər görüb və "Mən Qazax rayonunu qısa müddətdə Avropa ölkələrinin ən gözəl və inkişaf etmiş şəhərlərindən birinə çevirəcəm" demişdi və bu gün rayonun belə gözəl abad olması sözündə də, əməlində də düz olan Babaşovu xalq ona görə sevir və onunla fəxr edir. Kənd təsərrüfatı və sənaye rayonu olan Qazax rayonunda, Fərrux Qayıbovun xatirəsinə ucaldılmış təyyarə monimenti, Ədəbiyyat müzeyi, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev parkı, M.P.Vaqif M.V.Vidadinin xatirə muzeyi, Qazax Tarix Diyarşünaslıq Muzeyi, Qazax Dövlət Rəsm Qalereyası, S. Vurğunun Poeziya Evi, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu", S.Vurğun parkı, Dədə Qorqud parkı, İdman Kompleksi, Diaqnostika Mərkəzi, Qazax Rayon Xəstəxanası, İdman Kompleksi, biri-birindən gözəl uşaq bağçalarının olması elə dünyanın ən gözəl güşəsindən xəbər verır.

Son illərdə Qazaxda abadlıq işlərinin sürətlə aparılması Rəcəb Babaşovun Qazaxda həyata keçirdiyi quruculuq işlərinin uğurlu nəticələri Qazax mahalının əhalisinin ona olan hörməti birə min artmışdır. Bu da bir daha ölkəmizdə xalqla hökumətin hərtərəfli sıx birliyindən xəbər verir.

El arasında Rəcəb Babaşova Qayğıkeş Rəhbər deyirlər. Rəcəb Babaşov xeyirxah, tələbkar, prinsipial icra başçısıdır. O, insanları hər zaman diqqətlə dinləyir, bəzi problemləri yerindəcə həll edir. Vaxtıilə həll olunmayan problemləri cənab Rəcəb Babaşov elə sahmana salıb ki, el ağsaqqalları, eləcə də bütün sakinlər Rəcəb müəllimin nəcib əməllərindən razılıqla danışırlar.

Cənab Rəcəb Babaşov isə burada qeyri adi iş olmadığını - Bu bizim işimiz, vəzifə borcumuz olduğunu deyir.

Onun haqqında eşitdiyim xoş sözlərdən uzun illər sovxoz direktoru işləmiş İncə Dərəsinin el ağasaqqalı İbrahim Orucovun dediklərindən:

Rəcəb Babaşovu öz oğlum qədər cox istəyirəm. O qədər təmkinli, səbrli, tələbkar rəhbərdir ki, hər kəndin insanlarının problemləri ilə maraqlanır, insanlara kömək etməyi özünə borc bilir. Hamımız ondan cox razıyıq. Rəcəb müəllim rayonumuza rəhbər gələndən problemlər də azalıb. Çünki o, bütün problemlərlə maraqlanır və yerindəcə həll edir. Kəndlərdə olan abadlıq işləri, tarlalarda olan bol məhsul, fermerlərin uğurları, bütün bunlar Rəcəb müəllimin köməkliyi sayəsində yaranıb. Tanrı onu qorusun.

Aslanbəyli kənd orta məktəbinin direktoru Dilqəm Məmmədovun dediklərindən:
Rəcəb Babaşovu tanıyan gündən çox razı qaldım. Məktəbdən məzun olub ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirilməsi, fənn olimpiadalarında, idman yarışlarında uğur qazanan şagirdlərlə maraqlanması məktəblilər arasında böyük ruh yaradır. Elmə, təhsilə belə dəyər verdiyi üçün bütün kollektivimiz adından və öz adımdan təşəkkür edirəm.

Qazax rayon 4 saylı məktəbin fizika- riyaziyyat müəllimi Sevinc Bəbiyevanın dediklərindən:
Rəcəb müəllim məktəbimizin bütün problemləri ilə yaxından maraqlanır. Acıq dərslərdə iştirak edir. Şəhidlərin anım günündə ailələrə öz köməkliyini göstərir. Qazax rayonunda gördüyü xeyirxah işləri ilə sakinlərinin, eləcə də məktəb kollektivimizin böyük hörmətini qazanıb.

Gülhava nənənin dediklərindən:

Sözün düzünü desəm, mən Rəcəb müəllimi yaxından görməmişəm. Ancaq onun gördüyü işlər göz qabağındadır. Kəndə asfalt yolu çəkdirib, suyumuz, qazımız, işığımız daimi var. Biz də Rəcəb müəllimə alqış edirik, bütün ağbirçək nənələr adından və öz adımdan ömrü uzun olsun, Ulu Tanrı hər zaman köməyi olsun deyirəm.

İnsanlığın zirvəsində böyük hörmət qazanan Rəcəb Babaşov öz bacarığı və gözəl təşkilatçılığı ilə Qazax mahalının qayğıkeş sevimli rəhbəri, sevimli fəxri vətəndaşıdır. Əsl azərbaycanlı, əsl Vətən oğludur. İşiylə, xeyirxah əməlləri ilə hər kəsə örnək olan ziyalı insanlara hər zaman ehtiyac vardır.
Qazax mahalında böyüyən gənclərin gələcəyi üçün qurub yaratdıqlarına görə bütün Qazax mahalının sakinləri, o cümlədən ziyalıları adından Sizə var olun, Tanri qorusun deyirəm!!
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Müstəqil Azərbaycan Respublikasının gözəl güşələrindən olan Qazax mahalında insanlarda mənəvi ruhun yüksəldilməsi əməyi və amalı ilə hər kəsə örnək olan cənab Rəcəb Babaşov dövlətimizə və onun inkişafına xidmət edən əsl Vətən oğludu!!

Zəminə Xınalı,
Azərbaycan Respublikasının
Əməkdar Mədəniyyət İşçisi.







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17