2018-09-07 17:52:28   |   261 dəfə oxunub

Deputat: "Bəzi məmurlar bundan nəticə çıxarmalıdır”




"Prezident İlham Əliyev üzün illərdir, bütün istiqamətlərdə, o cümlədən kadr sahəsində islahatlar həyata keçirir”.

Bu barədə "Sherg.az”a fəaliyyətində nöqsanlar aşkarlanan məmurların vəzifələrindən uzaqlaşdırılmasından danışarkən millət vəkili Elman Məmmədov bildirib. 

O diqqətə çatdırıb ki, ölkə başçısının bu cür qətiyyətli addımları fəaliyyətini şəffaf qurmayan şəxslər üçün dərs olmalıdır:

"Təkcə bu il ərzində ölkəmizdə müxtəlif dövlət strukturlarında çox sayda kadr dəyişikliyi baş verib. Burada əsas məqam kadrların etimadı doğruldub-doğrultmamasıdır. Əgər həmin kadr vəzifəsinin öhdəsindən gələ bilirsə, başqa sahələrdə, müxtəlif fəaliyyətlərdə özünü doğruldursa, cəmiyyətdə yaxşı münasibəti ilə fərqlənib, xoş fikirlər formalaşdırırsa, işini davam etdirir. Sadaladığımız nüansların öhdəsindən gələ bilməyənlər isə vəzifəsindən uzaqlaşdırılır.

Prezident İlham Əliyev hər zaman çıxışlarında vurğulayır ki, məmurlar xalqın xidmətində olmalıdır. Ölkə başçısı özünü nümunə göstərərək, qeyd edir ki, xalqın ən birinci xidmətçisi mənəm, siz də məndən nümunə götürməlisiniz.

Ölkə başçısının kadr siyasəti tamamilə şəffaf olduğundan cəmiyyətdə də alqışlanır. İşdən azad olunanlar haqqında cəmiyyətin məlumatları kifayət qədər çoxdur. Heç bir məmur işdən birdən-birə azad edilmir. Elə son olaraq, Mingəçevir İES-də baş verən qəzadan sonra "AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradıldı. Müəssisənin işi araşdırılaraq, nəticə ortaya qoyuldu. Hesab edirəm ki, bəzi məmurlar bundan nəticə çıxarmalıdır”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18