2018-09-07 19:14:51   |   206 dəfə oxunub

"Xorvatiya ilə münasibətlər önəmlidir" - Akif Aşırlı


"Ümumiyyətlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yeri və mövqeyi var. Müstəqil dövlət kimi istər Avropa, istər şərq ölkələri ilə bərabərhüquqlu münasibətlərin qurulması müstəqilliyimizin əyani sübutu və nəticəsidir" 

Bunu SİA-ya açıqlamasında "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

Baş yazar diqqətə çatdırıb ki, son dövrlər Prezident İlham Əliyev xarici dövlətlərə, xarici dövlətlərin ölkə rəhbərlərinin isə Azərbaycan səfəri ölkəmizin Cənubi Qafqazda lider ölkə olduğunun göstəricisidir:

 "Dövlət başçısının Xorvatiyaya səfəri də məhz bu proseslərin məntiqi nəticəsidir. Düşünürəm ki, bu ikitərəfli münasibətlər Azərbaycanın xeyrinə, iqtisadi imkanlarının artmasına və eyni zamanda siyasi birliklərdə yerinin möhkəmləndirilməsi və yeni keyfiyyətli dövlət kimi nüfuzunun göstəricisidir ".

Baş redaktor söyləyib ki, NATO və Avropa İttifaqının üzvü olan Xorvatiya ilə münasibətlərin inkişafı ölkəmizin beynəlxalq təşkilatlarla münasibətlərinə müsbət məcrada təsir göstərə bilər: 

"Azərbaycan özünün müstəqil xarici siyasətini həyata keçirir və bu siyasətdə də özünün strateji seçimi var. Bu seçimdə Azərbaycanın müstəqilliyi və inkişafı önəmli yer tutur. Azərbaycan öz maraqlarına uyğun gələn sazişlərdə və birliklərdə aktiv iştirak edir. Əlbəttə ölkəmizin bu gün NATO-ya daxil olan ölkələrlə istər hərbi, istərsə də mülki, iqtisadi, siyasi sahələrdə xoş münasibətləri, əlaqələri var. Bu əlaqələr Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələr və münasibətlər inkişaf edən xətt üzrə davam edir. Bu mənada hesab edirəm ki, Xorvatiya ilə münasibətlər önəmlidir".

 






SON XƏBƏRLƏR

2018-09-24