2018-09-07 19:48:11   |   210 dəfə oxunub

"Azərbaycan Xorvatiya üçün regionun lider dövləti olaraq maraqlıdır" - Millət vəkili




"Xorvatiya-Azərbaycan münasibətləri hər iki ölkənin müstəqillik əldə etdiyi dönəmdən - ötən əsrin 90-cı illərindən inkişaf edir”.

Bu barədə "Sherg.az”a millət vəkili Aydın Mirzəzadə bildirib. 

Parlamentarinin qənaətincə, hər iki ölkə bir-biri üçün tərəfdaşa çevrilməkdədir:

"Xorvatiya və Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanır. Eyni zamanda keçmiş sosialist rejimindən demokratik hüquqi dövlətə, bazar münasibətli cəmiyyətə keçid təcrübəsinə malikdirlər. Xorvatiya bir Avropa ölkəsi kimi, Azərbaycan isə Xorvatiya üçün həm neft ehtiyatlarına malik ölkə kimi, həm də regionun lider dövləti olaraq maraqlıdır.

Ölkə başçısının Xorvatiya səfəri münasibətləri möhkəmləndirmək, yeni əməkdaşlıq formaları tapmaq üçün əhəmiyyətlidir. Səfər zamanı verilən bəyanatlar, qeyd edilən razılaşmalar göstərir ki, tərəflər bir-biri ilə əməkdaşlıqda maraqlıdırlar. Xorvatiyanın simasında Azərbaycan Avropada özünə dost qazanır. 

Azərbaycanın timsalında Xorvatiya təcrübəsindən yararlanacağı, birlikdə iqtisadi layihələr həyata keçirəcəyi ölkə ilə əlaqələr qurur. Əməkdaşlıq sahələrimiz getdikcə genişlənir. Hesab edirəm ki, ölkələrimiz arasında münasibətlər, dostluq bundan sonra daha da möhkəmlənəcək”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18