2018-09-07 20:06:33   |   246 dəfə oxunub

"Xorvatiya Azərbaycanla iqtisadi, enerji və s. sahələrdə əməkdaşlığa can atır" - Politoloq



"Xorvatiya müstəqil olduqdan sonra ilk üz tutduğu dövlətlərdən biri məhz Azərbaycan olub”.

Bunu "Sherg.az”a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu söyləyib. 

O diqqətə çatdırıb ki, Balkan ölkələri və Qafqaz təxminən oxşar siyasi mühitə malikdir:

"Balkanlar bəzən Avropanın ortasındakı Qafqaz, Qafqaz isə Avropanın kənarında olan Balkan kimi qiymətləndirilir. Balkan ölkələri ilə həqiqətən çox oxşarlıqlarımız var. Həm etnik-milli tərkib, həm insanların temperamenti, həm də münaqişələrin xüsusiyyəti baxımından bu iki coğrafi məkan bir-birinə bənzəyir. 

Ona görə, Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq, Balkan regionunda da müttəfiq qazanmalı, əlaqəyə can atmalıdır. Orada ayrıca dövlət üzərində bütün Balkan regionu üzrə siyasət qurmaq mümkün deyil. Ona görə, həmin regiondakı bütün dövlətlərlə əlaqələrimiz var və bunu inkişaf etdirməyə çalışırıq.

Xorvatiya Azərbaycanla iqtisadi, enerji və s. sahələrdə əməkdaşlığa can atır. Azərbaycan biznesin inkişafında Xorvatiyanın rolunun çox olmasında maraqlıdır. Xorvatiya xüsusilə, ölkəmizin təşəbbüsçüsü olduğu beynəlxalq layihələrin iştirakçısı qismində çıxış etməyi müsbət qarşılayır. Düşünürəm ki, bu məsələlər barədə prezidentlər arasında müzakirələr aparılıb, müəyyən razılaşmalar qəbul edilib. Növbəti səfərlərin birində ciddi sənədlər imzalanacağını deyə bilərik”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24