2018-09-07 21:02:29   |   183 dəfə oxunub

Azərbaycan ABŞ iqtisadi əməkdaşlığı genişlənir



ABŞ Dövlət Katibinin Iqtisadi və Biznes Məsələləri üzrə Köməkçisinin Baş Müavini Brayan MakFiters Azərbaycana səfər edərək Bakıda keçirilən Rəqabətlik Forumunun işinə qatılıb. Səfirlikdən Modern.az-a verilən məlumata görə, Brayan MakFiters Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib.

Brayan MakFitersin sözügedən forumda iştirakı ABŞ və Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığını nümayiş edərək ABŞ-da istehsal olunan malların ixracına təkan verir. Bununla yanaşı, səfər Azərbaycanın invetisiya mühitinin təkmilləşdirilməsinə və xarici investorların cəld edilməsinə yardım göstərir.

Forumdan əvvəl B.MakFiters, müvəqqəti işlər vəkili Vilyam R. Gil ilə birgə iqtisadi islahatlar və biznes mühitini müzakirəsi məqsədilə Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşüblər.

B.MakFiters və müvəqqəti işlər vəkili Gill ikitərəfli əməkdaşlıq sahələrinin müzakirəsi məqsədilə Azərbaycan Respublikasının vergilər naziri, İqtisadiyyat naziri və xarici işlər nazirinin müavini ilə də görüşlər keçiribər.






SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25