2018-09-07 23:38:59   |   209 dəfə oxunub

Kim Çen In Trampa növbəti dəfə məktub göndərib



Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ prezidenti Donald Trampa növbəti dəfə məktub göndərib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti D.Tramp deyib.

D.Tramp bildirib: "O mənə məktub yazıb. Hazırda məktubu mənə gətirirlər... Fikirləşirəm ki, məktubu Mayk Pompeo gətirir".

ABŞ prezidentinin sözlərinə görə, o, ümid edir ki, məktubun məzmunu "müsbət" olacaq.






SON XƏBƏRLƏR

2018-09-25