2018-09-08 13:41:30   |   130 dəfə oxunub

“Xorvatiya ilə əməkdaşlıq Azərbaycan üçün əhəmiyyətlidir”- Politoloq



"Xorvatiyanın Avropada və postsosialist məkanında xüsusi çəkisi var və bu ölkə ən inkişaf etmiş dövlətlərdən biri kimi xarakterizə olunur”.

Bunu "Sherg.az”a Azərbycan-Xorvatiya münasibətlərinin inkişafından danışarkən politoloq Elnur Soltanov söyləyib. 

Onun sözlərinə görə, Xorvatiya mədəni, iqtisadi, siyasi inkişaf nöqteyi-nəzərdən sosialist quruluşuna sahib olsa da, Qərbi Avropanın bir parçası kimi qəbul edilib:

"Bu dövlət iqtisadi cəhətdən kifayət qədər inkişaf etmiş ölkələrdən biridir. Avropanın ana dövlətləri ilə münasibətdə "yumşaq güc” sahibi olan dövlətdir. Xorvatiyanın ərazisi kiçik olsa da, sözügedən region üçün əhəmiyyəti böyükdür. İqtisadi və siyasi tərəqqidə olan bu dövlət Azərbaycanla əməkdaşlığın artırılmasında, ticarət balansının yüksəldilməsində maraqlıdır. Həmin ölkə ilə ticari əlaqələrimiz, mal ixracı sahəsində əməkdaşlığımız mövcuddur. 

Xorvat ekspertləri ölkəmizə dəvət olunur. Bütün bunları nəzərə alsaq, Xorvatiya ilə əməkdaşlıq Azərbaycan üçün əhəmiyyətli məsələdir. Belə bir ölkənin dəstəyini almaq, bütün sahələrdə qarşılıqlı əlaqələr qurmaq hər zaman xeyir gətirə bilər. 

Avropa İttifaqı və NATO-nun üzvü olan Xorvatiya ilə Cənub Şərqi Avropaya qaz ixracımızla bağlı əməkdaşlıq qurula bilər. Hesab edirəm ki, ölkələrimiz arasında, xüsusilə, "Cənub Qaz Dəhlizi”nin hesabına qaz alış-verişi, bu istiqamətdə əməkdaşlığın artırılması yönündə danışıqlar aparılıb”.

Aysel, Ayyət







SON XƏBƏRLƏR

2018-09-22
2018-09-21