2018-09-08 16:12:17   |   230 dəfə oxunub

“Türkdilli ölkələrin Azərbaycana dəstəyi ilbəil artır”- ŞƏRH



"Türkdilli ölkələrin birliyinin tarixi 1992-1993-cü illərdən başlayır”.

Bu barədə "Sherg.az”a Prezident İlham Əliyevin Qırğızıstan səfərindən, Türkdilli ölkələrin birliyinin əhəmiyyətindən danışarkən politoloq İlqar Vəlizadə bildirib. 

Onun sözlərinə görə, bu birlik illər keçdikcə tədricən püxtələşir:

"Türkdilli Ölkələrin Birliyi 2009-cu ildən yeni formata keçib. Bu format indi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası adlanır. Şura çərçivəsində VI zirvə görüşü artıq baş tutub.Bir neçə gün əvvəl keçirilən toplantı birliyin daxilində VI Sammit olsa da, ümumilikdə 16-cı görüşdür.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası formatı ona görə fərqlənir ki, ölkələr arasında ilk öncə iqtisadi, humanitar məsələlər ön plandadır. Siyasi, geosiyasi münasibətlər sözügedən məsələlərin üzərində inkişaf edir.

Prezident İlham Əliyevin Qırğızıstana səfəri çox əhəmiyyətlidir. Türkdilli Ölkələrin Birliyi formatına ilk olaraq, Özbəkistan qoşulub. Bu ölkə özünəməxsus yeri və çəkisi ilə seçilir. Təxminən 30 milyon əhalisi olan Özbəkistanın birliyə qatılması qurumun nüfuzunu artırır.

Prezident İlham Əliyev sammitdə çıxış edərək,birlik ölkələrinin əlaqələrində prioritetlərdən danışdı. O bildirdi ki, bu ölkələr bir-birini siyasi arenada dəstəkləyə bilərlər. Azərbaycanın Dağlıq Qarabağ probleminin tənzimlənməsi istiqamətində Türkdilli ölkələrin dəstəyinə ehtiyac var. Qeyd etməliyik ki, istər Şura daxilində, istərsə də beynəlxalq arenada türkdilli ölkələrin Azərbaycana dəstəyi ilbəil artır. Bu dövlətlər sırasında ən yumşaq mövqeyi tutan Qırğızıstan da digər ölkələrin daha açıq, qətiyyətli formada Azərbaycanı dəstəkləməsi fonunda mövqeyində dəyişiklik edə bilər”.

Aysel, Ayyət







SON XƏBƏRLƏR

2018-11-21