2018-09-08 20:31:27   |   270 dəfə oxunub

Azərbaycanda aktyorun xəsarət almasının təfərrüatları məlum olub - YENİLƏNİB



Biləsuvar rayonunda aktyorun xəsarət almasının bəzi təfərrüatları məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, toyda iştirak edən Mahir Mirişli ilə mərasim zamanı bir neçə şəxs arasında mübahisə yaranıb. Toy sahiblərinin köməyi ilə mübahisə edən şəxslər sakitləşdirilib. Daha sonra mübahisə edən şəxslər M.Mirişlini evindən çağıraraq, ona çənə nahiyəsindən kəsici-deşici alətlə xəsarət yetiriblər. Hazırda M.Mirişlinin vəziyyəti sabitdir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***13:42

Biləsuvar rayonunda baş verən davada aktyor xəsarət alıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Məlumata görə, həmin kənddə keçirilən toy mərasimində 1975-ci il təvəllüdlü Mahir Mirişli kəsici-deşici alətlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mahir Mirişli aktyordur, bir sıra kino və teleseriallarda çəkilib. O, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır və Biləsuvarda qohumlarından birinin toy mərasimində iştirak edirmiş.

Faktla bağlı araşdırma aparılır.






SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18