2018-09-08 23:50:52   |   225 dəfə oxunub

Gürcüstanda 788 azərbaycanlı hazırlıq kurslarına qəbul olundu


Bu il 788 azərbaycanlı Gürcüstanın ali məktəblərinin hazırlıq kurslarına qəbul olub. Onların 689-u şəxsi və ya sponsor hesabına, 99 nəfəri isə Gürcüstan dövlətinin hesabına təhsil alacaq. Bu gənclər hazırlıq kurslarında bir il gürcü dili üzrə təhsil alacaq, sonra gürcü dilindən imtahan verəcəklər. İmtahanda tələb olunan balı toplayan gənclər ali məktəblərin bakalavr pilləsi üzrə seçdikləri ixtisas üzrə təhsil alacaqlar. "Sherg.az" "Azərtac”a istinadən xəbər verir ki, bu göstərici ilə azərbaycanlılar 2018-2019-cu tədris ilində Gürcüstanın ali məktəblərinə milli azlıqlar üçün nəzərdə tutulmuş "1+4” proqramı üzrə qəbul olunanlar arasında birinci yerdədirlər.

Azərbaycanlı gənclərin 253 nəfəri Gürcüstan Texniki Universitetinin, 235-i İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin, 192-si isə İlya Dövlət Universitetinin hazırlıq kursuna qəbul olunub.

Daha 49 gənc soydaşımız Gürcüstan Tibb Universitetinin, 34-ü Suxumi Dövlət Universitetinin, 6-sı İ.Qoqebaşvili adına Telavi Dövlət Universitetinin, 5-i A.Tsereteli adına Kutaisi Dövlət Universitetinin, 5-i D.Ağmaşanebeli adına Gürcüstan Milli Müdafiə Akademiyasının, 3-ü Avroregional Təhsil Universitetinin, 3-ü Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin tələbələridir.


Gürcüstan Təhsil Akademiyası, Tbilisi Təhsil Universiteti və A.Kutateladze adına Dövlət Rəssamlıq Akademiyasının hər birinin hazırlıq kurslarına 1 azərbaycanlı qəbul olunub.






SON XƏBƏRLƏR

2018-11-21