2018-09-09 10:41:59   |   156 dəfə oxunub

Çində zəlzələ: xəsarət alanların sayı 26-a çatıb


Çində 5,9 bal gücündə baş verən zəlzələ nəticəsində ən azı 26 nəfər xəsarət alıb. Zəlzələ ölkənin Yunnan vilayətində baş verib.

Trend-in məlumatına görə, bu barədə zəlzələ fəsadları ilə yerli mübarizə qərargahı məlumat yayıb.

Qərargahın məlumatına görə, hadisə yerli vaxtla sentyabrın 8-i 10:31-də baş verib: "4964 nəfər dağıntılar ərazisindən təhlükəsiz yerlərə köçürülüb. Ümumilikdə zəlzələdən "müxtəlif dərəcələrdə" 29398 nəfər zərər çəkib. Həmçinin zəlzələ nəticəsində 34 məktəb dağılıb".






SON XƏBƏRLƏR

2018-09-26