2018-09-09 11:32:18   |   204 dəfə oxunub

Gəncədə 4 otaqlı ev yandı


Gəncədə yanğın hadisəsi qeydə alınıb.

"Sherg.az"ın FHN-in saytına istinadən verdiyi məlumata əsasən, şəhərin Nizami rayonunda ümumi sahəsi 170 m² olan ikimərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 7 m² sahədə və evə bitişik ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları 9 m² sahədə yanıb.

Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






SON XƏBƏRLƏR

2018-11-21