2018-09-09 12:28:43   |   305 dəfə oxunub

Tbilisidə faciə: yarışa gedən idmançımız qəzada öldü

Sambo üzrə Azərbaycan millisinin üzvü Kərimov Yusif Arif oğlu (52 kq) Gürcüstanda faciəvi şəkildə ölüb. Oxu.Az-ın məlumatına görə, idmançı sərxoş sürücü tərəfindən vurulub.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, samboçular Tbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanıblar:

"Yığma komandanının 13 üzvü çəki mərasimindən çıxıb. Bizim və digər idmançılar səkinin üzərində dayanıblar. Bu zaman sərxoş sürücü idmançı Kərimov Yusif Arif oğlunu (23.03.1984) vurub. Aldığı ağır zərbədən idmançımız yerindəcə dünyasını dəyişib”.

Səmayə Məmmədova qeyd edib ki, artıq idmançının cəsədi Azərbaycana gətirilib:

"Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparıb. Gənclər və İdman Nazirliyi, Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, Azərbaycanın Gürcüstandakı səfirliyi vasitəsilə danışıqlar keçirilib və idmançımızın cəsədi dünən gecə gətirilib”.






SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20