2018-09-09 12:32:44   |   140 dəfə oxunub

Azərbaycan Tibb Universitetinin tələbəsi Qara dənizdə boğuldu

Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsi Türkiyə vətəndaşı olan Hüseyn Topşir Qara dənizdə boğulub.

"Ölkə.Az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Giresunda 2 dostu ilə birlikdə sahilə gedən 23 yaşlı tələbə dənizin dalğalı olmasına baxmayaraq suya girib. O, dərinə doğru üzüb. Bir müddət sonra çırpınmağa başlayan Topşirin köməyinə dostları gəlib. Lakin dalğa güclü olduğundan müdaxiləyə imkan verməyib.

Ətrafdakı vətəndaşlar sahil mühafizəsinə və polisə məlumat verib. Onun meyiti tapılmayıb.






SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25