2018-09-09 13:46:11   |   269 dəfə oxunub

Çavuşoğlu: “Türkiyəyə iqtisadi hücumun arxasında ABŞ-la bərabər qardaş müsəlman ölkələri də var”


Bu hücumun arxasında yalnız ABŞ var desək aldanarıq. Bəzi ölkələrin olduğunu bilirik. Qardaş Müsəlman ölkələri də var.

Sherg.az-ın məlumatına görə, Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Prezident Administrasiyamızın da liderliyində ciddi çalışırıq və tədbirlərimizi görürük. Güclü bank intizamımız var. Maliyyə intizamımızı heç vaxt pozmamışıq. Mərkəz bankı rezervlərimizi də elə. Bu hücumun arxasında yalnız ABŞ var desək aldanarıq. Bəzi ölkələrin olduğunu bilirik. Qardaş Müsəlman ölkələri də var. Bunun da üzərindən gələcəyik. Böhranlarda necə gücləndiksə, bunun da öhdəsindən gələcəyik. Bu böhrandan çıxdıqdan sonra, Türkiyəni heç kim tuta bilməz. Alt quruluşda da, üst quruluşda da bütün hədəflərimizə çatacağıq. Allahdan başqa kimsə bizi yolumuzdan döndərə bilməz. 

Millətcə tək ürək olduq. Bu prosesdə millətimizin tutduğu mövqe çox əhəmiyyətlidir. MHP ilə ittifaq qurduq, səs verənlər qədər səs verməyənlərdən də çox ciddi dəstək gördük. Oyanan bir millətik. Daim "Bundan necə fayda ala bilərik” deyə düşünənlər, etik olmayan, qanuna zidd hərəkət edən var. Dövlət bunlardan hesabını soruşacaq. Qanuna zidd hərəkət edənlərdən dövlət hesab soruşur və soruşacaqdır”- deyə Cavuşoğlu qeyd edib.






SON XƏBƏRLƏR

2018-09-26