2018-09-09 18:15:35   |   170 dəfə oxunub

Moldova prezidentinin korteji qəzaya düşüb



Moldova prezidenti İgor Dodonun korteji qəzaya uğrayıb.
Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, Dodonun vəziyyəti normaldır, tibbi yardıma ehtiyac olmayıb.

Moldova prezidentinin müşaviri Maksim Lebedinski "Facebook" sosial şəbəkəsində bildirib ki, Kişinyov-Karalaş avtomobil yolunda prezidentin kortejinin iştirakı ilə yol qəzası baş verib: "Prezident İgor Dodon özünü yaxşı hiss edir, onun tibbi yardıma ehtiyacı olmayıb".

Lebedinskinin sözlərinə görə, qəza yol-hərəkət qaydalarını pozan avtomobilin prezidentin kortejinə çırpılması nəticəsində baş verib.






SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18