2018-09-09 22:55:48   |   142 dəfə oxunub

Sumqayıtda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə olunub


Sumqayıtda yanğın qeydə alınıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 10 m2 sahədə məişət və taxta tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Zirzəmi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






SON XƏBƏRLƏR

2018-09-25