2018-09-10 11:13:26   |   106 dəfə oxunub

Paşinyan: “Rusiya bizə silah satmaqda davam edəcək”


Rusiyadan Ermənistana planlı şəkildə silah göndərilməsi davam etdiriləcək.


Modern.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın "Kommersant” nəşrinə müsahibəsi zamanı bildirib.


Onun sözlərinə görə söhbət silahların kreditlə təmin edilməsindən gedir.

"Rusiya silahlarının planlı şəkildə tədarükü barədə razılaşmışıq” – Paşinyan bildirib.


O, digər imkanlar barədə də müzakirələrin aparıldığını da diqqətə çatdırıb.

Ermənistan baş nazirinin sözlərinə görə ölkəsi bu barədə heç bir problem yaşamayacaq.


Qeyd edək ki, Rusiya silahının Ermənistana kredit yolu ilə tədarük olunması barədə hələ Serj Sarkisyan dövründə razılıq əldə olunub.






SON XƏBƏRLƏR

2018-11-20