2018-09-10 12:58:32   |   91 dəfə oxunub

UNEC-ə yeni mətbuat katibi təyin olundu



Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni mətbuat katibi təyin olunub.

Modern.az saytı xəbər verir ki, UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsi jurnalist Cavid Xəlilova tapşırılıb.

C.Xəlilov bu yaxınlaradək Səhiyyə Nazirliyində mətbuat xidmətində işləyib.

Daha əvvəllər isə "Exo" qəzetinin müxbiri olub.


C.Xəlilov Modern.az-a UNEC-dəki işinə bu gündən başladığını deyib: "İnanıram ki, çətin olmayacaq və jurnalistlərlə qarşılıqlı anlaşma şəraitində çalışacağıq".


Qeyd edək ki, UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsinin sabiq rəhbəri Vüsalə Məmmədova bir müddət öncə vəzifəsindən könüllü getmişdi.






SON XƏBƏRLƏR

2018-09-22
2018-09-21