2018-09-10 14:30:34   |   473 dəfə oxunub

Gürcüstanda seçki: "...Saakaşvilinin partiyası qələbə qazanacaq" - Şərh



"Saakaşviliyə Qərb dünyası güclü dəstək olsa, onun təmsiul olunduğu partiyanın namizədi prezident seçiləcək”

Bunu "Sherg.az”a Gürcüstandakı baş tutacaq prezident seçkilərindən danışarkən politoloq Natiq Miri söyləyib.

Ekspertin qənaətincə, prezident seçkiləri çox qarışıq bir prosesdir:

"Artıq iki dönəm hakimiyyətdə olan "Gürcü Arzusu” partiyası bu dəfə prezidentliyə namizədliyini verməyib. Onlar iki dönəm hakimiyyətdə olması ilə bağlı rəsmi olaraq prezident seçkilərində iştirakla növbəti parlament seçkilərində özlərinə müəyyən məhdudiyyətlər yaratmaq istəmədilər. Çünki prezident seçkilərində Bidzina İvanişvili partiyasını namizədinin qalib gəlməsi ehtimalı çox aşağı idi. Seçki ilə bağlı hər hansı bir saxtakarlığa yol verilsə idi, Gürcüstan əhalisinin B.İvanaşvili hökumətindən narazı olduğu bir dönəmdə ciddi etirazlar yarana bilərdi. Təbii ki, B. İvanişvili bu risqə getmədi. Ona görə hakimiyyəti paylaşmaq görüntüsü yaratmaq məqsədi ilə onlar prezidentliyə namizəd irəli sürmədilər. Oda məlumdur ki, Gürcüstanda prezidentlik institutu simvoliq xarakter daşıyır. Prezident institutu çox səlahiyətli bir qurumdur. 

Bu baxımdan B.İvanaşvilinin partiyası seçkidə maraqlı deyil. Ancaq Mixail Saakaşvilinin rəhbərlik etdiyi "Vahid Milli Hərəkat” Partiyası və eyni zamanda digər 10 müxalif partiya öz namizədləri ilə çıxış edəcəklər. Təbii ki, Gürcüstanda prezidentliyi qazanmaq M.Saakaşvili üçün müəyyən siyasi qazanclar vəd edir. Onun rəhbərlik etdiyi üç müxalif güc mərkəzinin namizədlərindən biri qələbə çaldığı təqdirdə prezident olaraq gələcəkdə Saakaşvilinin üzərindən cinayət işini götürə bilər. Nəticə etibari ilə parlament seçkiləri ərəfəsində M.Saakaşvilinin Gürcüstana gəlişi mümkünləşər.

Onun gəlişi çox qısa müddətdə ictimai rəydə yeni bir siyasi aura yarada bilər. Çünki M.Saakaşvili Gürcüstanda olan siyasilərdən daha aktiv və təşəbbüskar siyasətcidir. Avropada və ABŞ-da onun ciddi dəstəkçiləri var. Əgər seçkilərdə Qərb Saakaşvilinin namizədinin seçilməsində müəyyən maraq ortaya qoyacaqsa, onun partiyasından olan namizədin prezident seçilməsi ehtimalı daha böyükdür. Doğrudur, Bakaradze də M.Saakaşvilinin partiyasındadır. Ancaq onun Gürcüstanda siyasi imici, nüfuzu yoxdur. Düşünürəm ki, ciddi dəstək olarsa, Saakaşvilinin partiyası qələbə qazanacaq. Əsas məsələ prezident olmaq deyil. Parlament seçkilərində B.İvanaşvili hakimiyyətinə qalib gəlməkdir. Qərb dünyası M.Saakaşvili üzərində dayanacaqsa, əmin olun onun verdiyi namizəd prezident seçiləcək”.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Seçkilərdə namizəd kimi iştirak etmək istəyən 46 şəxs Gürcüstanın Mərkəzi Seçki Komissiyasına müraciət edib. Müraciət edənlərin 26-sı təşəbbüs qrupu, 20-si isə siyasi partiyalar tərəfindən təqdim olunub. Bu günə qədər yalnız 6 nəfərin namizədliyi qeydə alınıb.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23