2018-09-10 16:09:53   |   231 dəfə oxunub

ÇAY- Min bir dərdin DƏRMANI, yoxsa MƏNBƏYİ ?


"Hər ay Azad İstehlakçılar Birliyinə (AİB) bizə çayın tərkibindəki problemlərlə bağlı şikayətlər daxil olur".

Bu "Sherg.az" AİB-in rəhbəri Eyyub Hüseynov deyib. 

Təşkilat rəhbəri qeyd edib ki, AİB çayların tərkibini öyrənmək üçün "Astara Çay" zavodunda yoxlamalar aparıb:

"Azərbaycanda istehsal olunan çayların tərtkibi ilə bağlı araşdırmalar apardıq. Yerli çaylarımızın daxilində rəngləndirici və ya digər zərərli maddələrin qatıldığı aşkar olunmayıb. Əhali şikayət etsə də, biz yerli çayların tərklibində yoxlamalar aparıb, hər hansısa bir arzuolunmaz hal müşahidə etməmişik. 

Ölkədə ən keyfiyyətli çaylar ölkəmizdə istehsal olunanlardır. Yerli məhsulların tərkibinə sadəcə qoxuverici gül və çiçəklər qatılır. Xaricdən gətirilən çayların tərkibini öyrənə bilmirik. Çünki bu haqda bizə heç bir məlumat verilmir. Ona görə də, idxal edilən çayları əhaliyə tövsiyə etmirəm”.

E.Hüseynov onu da əlavə edib ki, yerli çaylarla bağlı da qanunsuzluqlar var:

"Bəzən olur ki, xaricdən gətirilən çaylar yerli çayların tərkibinə qatılaraq satılır. Apardığımız araşdırmalar göstərdi ki, İrandan gətirilən məhsullar "Astara”, "Lənkəran” kimi məhşur çayların tərkibinə qatılaraq onların adı altında satılır. 

Bəzən də bunu istehsalçıların özü edir. Xaricdən idxal etdikləri mallları əhalinin rəğbətini qazanan çay paketlərinin içərisinə dolduraraq satırlar. Belə məqamlarda əhali diqqətli olmalıdır. İnsanlara yerli çayları məsləhət görürəm”.

Kənan Eynuroğlu








SON XƏBƏRLƏR

2018-09-25